«Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 18; 2001-ci il, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003-cü il, ¹ 1, maddə 23; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006-cı il, ¹ 11, maddə 928; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 7, maddə 712) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 

1. Qanunun adında “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri “İcra məmurları” sözləri ilə əvəz edilsin;

2. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

3. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

4. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçisi və məhkəmə icraçısı” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

5. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti” sözləri ismin müvafiq hallarında “icra xidməti” sözləri ilə əvəz edilsin;

 

6. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 1. İcra məmurlarının funksiyaları

 

İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, hərbi məhkəmələrin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra—məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər.”;

 

7. 3-cü maddə üzrə:

7.1. ikinci hissədə “və Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə nəzarətçiləri istisna olmaqla digər məhkəmə nəzarətçilərinin, habelə məhkəmə icraçılarının” sözləri “, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla digər icra məmurlarının” sözləri ilə əvəz edilsin;

7.2. üçüncü hissədə “və Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə nəzarətçilərinin” sözləri “, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarının” sözləri ilə əvəz edilsin;

8. 5-ci maddənin ikinci hissəsində və 6-cı maddədə “Baş məhkəmə məmuru” sözləri “Baş icra məmuru” sözləri ilə əvəz edilsin;

9. 5-ci maddənin dördüncü hissəsində “məhkəmə nəzarətçiləri, habelə məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə əvəz edilsin;

10. 7-ci və 8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 7. İcra məmurlarının vəzifələri

 

İcra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;

icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;

icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir;

alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir;

icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.

İcra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;

məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;

məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;

vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir;

məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir;

həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir;

məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;

məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir;

icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.

 

Maddə 8. İcra məmurlarının hüquqları

 

İcra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır:

öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq;

borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq;

müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək;

zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək;

əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa);

tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək;

tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək;

tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək;

icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək;

icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə, yaxud icra sənədini verən orqanlara müraciət etmək;

borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq;

icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

İcra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır:

kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir.”;

 

11. 11-ci maddənin beşinci hissəsində “məhkəmə icraçıları qurumunun” sözləri “icra qurumunun” sözləri ilə əvəz edilsin.

 

II. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 114; 2003-cü il, ¹ 6, maddə 277; 2004-cü il, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 12, maddə 952; 2010-cu il, ¹ 2, maddə 75) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 

1. Qanunun adında “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilsin;

2. preambulada “iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının” sözlərindən sonra “, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin” sözləri əlavə edilsin;

3. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə nəzarətçiləri və icraçıları”, “məhkəmə icraçıları və nəzarətçiləri” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

4. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə icraçıları” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

5. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə icraçısı” sözləri ismin müvafiq hallarında “icra məmuru” sözləri ilə əvəz edilsin;

6. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə icraçıları qurumu” sözləri ismin müvafiq hallarında “icra qurumu” sözləri ilə əvəz edilsin;

7. 1-ci maddənin adında “Məhkəmə və digər orqanların qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilsin;

8. 1.1-ci maddədə “Məhkəmə və digər orqanların qərarlarının icrası” sözləri “İcra” sözü ilə, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” sözləri “İcra məmurları haqqında” sözləri ilə əvəz edilsin;

9. 1.2-ci maddədə “məhkəmə və digər orqanların qərarlarının icrasına” sözləri “icraya” sözü ilə əvəz edilsin;

10. aşağıdakı məzmunda 1-1-ci maddə əlavə edilsin:

 

“Maddə 1-1. İcra qanunvericiliyinin prinsipləri

 

İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır.”;

11. 5.1-ci maddədə “icra sənədini” sözləri “icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini” sözləri ilə əvəz edilsin;

12. 5.3-cü maddədə “təşkilatı” sözündən sonra “icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən” sözləri əlavə edilsin;

13. 8.2-ci maddənin ikinci hissəsinin birinci cümləsində “beş gün” sözləri “on gün” sözləri ilə əvəz edilsin;

14. 10.4-cü maddənin ikinci cümləsində “mübahisələrə yol verilmir” sözləri “yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur” sözləri ilə əvəz edilsin;

15. 12.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.”;

 

16. 16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16.2. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir.”;

17. 17.1.7-ci maddə 17.1.8-ci maddə hesab olunsun və aşağıdakı məzmunda 17.1.7-ci maddə əlavə edilsin:

“17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda;”;

18. 19.1.6-cı maddə 19.1.7-ci maddə hesab olunsun və aşağıdakı məzmunda 19.1.6-cı maddə əlavə edilsin:

“19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək;”;

19. 27.1-ci maddədə “Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, yaxud ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, habelə uşağın borcludan alınıb tələbkara verilməsi barədə icra” sözləri “İcra” sözü ilə əvəz edilsin;

20. 27.6-cı, 27.7-ci və 27.8-ci maddələr çıxarılsın;

21. 27.9-cu maddədən “və axtarış xərclərinin tutulması” sözləri çıxarılsın;

22. 29.2-ci maddədə “məhkəmə və digər orqanların qərarlarının icrası” sözləri “icra” sözü ilə əvəz edilsin;

23. 38.1-ci maddədə “binaların və anbarların” sözləri “yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin” sözləri ilə əvəz edilsin;

24. 42.3-cü maddədə “qurumunun” sözündən sonra “və ya icra xidmətinin” sözləri, “tərəfindən” sözündən sonra “on gün müddətində” sözləri əlavə edilsin;

25. 42.4-cü maddənin ikinci cümləsində “tərəfindən” sözündən sonra “on gün müddətində” sözləri əlavə edilsin;

26. 42.5-ci maddənin ikinci cümləsində “qurumunun” sözündən sonra “və ya icra xidmətinin” sözləri əlavə edilsin;

27. 53.1-ci maddədə “və əmlakın növlərindən” sözləri “, əmlakın növündən və mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

28. 53.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.”;

 

29. 54.3-cü maddədə “məhkəmə icraçıları qurumunun” sözləri “icra xidmətinin” sözləri ilə əvəz edilsin;

30. 54.4-cü maddədə “məhkəmə icraçıları qurumunun rəhbəri” sözləri “icra xidməti” sözləri ilə əvəz edilsin;

31. 70.3-cü maddədən “və icra sənədinin icrası üçün yeni müddət təyin edir” sözləri çıxarılsın;

32. 72-ci və 73-cü maddələrin adında və mətnində ismin müvafiq hallarında verilmiş “mənzil (bina)” sözləri ismin müvafiq hallarında “yaşayış və ya qeyri-yaşayış sahəsi” sözləri ilə əvəz edilsin;

33. IX fəslin adında, 76-cı maddənin adında və mətnində “Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici təşkilatlar” sözləri “Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

34. 79.2.4-cü, 80.2-ci və 81.5-ci maddələr çıxarılsın;

35. 82.1-ci maddənin ikinci cümləsində “Eyni zamanda” sözləri “İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra” sözləri ilə əvəz edilsin;

36. 82.3-cü maddədə “üzrsüz səbəbdən yenidən” sözləri “qərəzli olaraq” sözləri ilə, “müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbəri” sözləri “müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru)” sözləri ilə əvəz edilsin;

37. 84.1-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.”;

38. 84.4-cü maddədə “məhkəmə icraçısı məhkəmə icraçıları qurumunun rəhbəri” sözləri “icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru)” sözləri ilə əvəz edilsin;

39. aşağıdakı məzmunda 84-1-ci maddə əlavə edilsin:

 

“Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

 

84-1.1. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.”;

40. 86-cı maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 86. İcra məmurunun həvəsləndirilməsi

 

86.1. Xidməti vəzifələrini nümunəvi icra edən icra məmuru müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada əmək haqqının beş misli miqdarından artıq olmamaqla mükafatlandırıla bilər.

86.2. Mükafat icra məmurlarının xüsusi fondundan ödənilir.”.

III. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 196.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

2. 196.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

3. 306.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;

4. 306.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.

IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276; Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 991-IIIQD, 992-IIIQD nömrəli, 11 may tarixli 1006-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 313-1-ci maddənin adında “məhkəmə icraçılarının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilsin;

2. 313-1.1-ci maddə üzrə:

2.1. dispozisiyada “məhkəmə icraçılarının” və “məhkəmə icraçısı” sözləri ismin müvafiq hallarında “icra məmuru” sözləri ilə əvəz edilsin;

2.2. sanksiya aşağıdakı redaksiyada verilsin:

fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.”;

3. 313-1.2-ci maddənin sanksiyasında “qırx manatdan altmış manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin;

4. 313-1.3-cü maddənin sanksiyasında “yetmiş manatdan doxsan manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə, “iki yüz manatdan iki yüz əlli manatadək” sözləri “dörd min manatdan altı min manatadək” sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 586, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 6, maddə 399; 2005-ci il, ¹ 4, maddə 278; 2006-cı il, ¹ 11, maddə 929; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010-cu il, ¹ 3, maddə 171; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 971-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Məcəllənin mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə icraçısı” sözləri ismin müvafiq hallarında “icra məmuru” sözləri ilə əvəz edilsin;

2. Məcəllənin mətnində ismin müvafiq hallarında verilmiş “məhkəmə icraçıları” sözləri ismin müvafiq hallarında “icra məmurları” sözləri ilə əvəz edilsin;

3. 23.2-ci maddədə “və ya” sözlərindən sonra “müddəti göstərilməklə” sözləri əlavə edilsin;

4. 172.4-cü maddənin ikinci cümləsində “məhkəmə icraçısına” sözləri “icra qurumuna” sözləri ilə əvəz edilsin;

5. 172.6-cı maddədə “məhkəməyə” sözündən sonra “və icra qurumuna” sözləri əlavə edilsin;

6. 173.1-ci maddədə “axtarış elan edilir” sözləri “icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti müvafiq icra hakimiyyəti orqanına göndərilir” sözləri ilə əvəz edilsin;

7. 173.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.”;

8. 178-ci maddənin mətni 178.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 178.2-178.7-ci maddələr əlavə edilsin:

“178.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna göndərilir. Eyni zamanda cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şəxsdən azad edildiyi vaxtdan on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizam alınır.

178.3. İcra məmuru cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatını aparır, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.

178.4. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.

178.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.

178.6. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

178.7. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.”;

9. 180.4-cü maddədə “məhkəmənin qərarı” sözləri “icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2010-cu il.

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  2.