Azərbaycan
Respublikasının məhkəmə sisteminin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il
22 iyun tarixli 1043-IIIQD
nömrəli qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasının
məhkəmə sistemini
təkmilləşdirmək və "Məhkəmələr
və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli
qanununun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Aşağıdakı
yeni məhkəmələr
təşkil edilsin:
1.1. Ağır
Cinayətlərə Dair
İşlər üzrə
Azərbaycan Respublikasının
Məhkəməsi əsasında
Bakı Ağır Cinayətlər Məhkəməsi;
1.2. Lənkəran
Ağır Cinayətlər
Məhkəməsi - Lənkəran
şəhərində;
1.3. Gəncə
Ağır Cinayətlər
Məhkəməsi - Gəncə
şəhərində;
1.4. Şəki
Ağır Cinayətlər
Məhkəməsi - Şəki
şəhərində;
1.5. Naxçıvan
Muxtar Respublikasının
İqtisad Məhkəməsi
əsasında Naxçıvan
Muxtar Respublikasının
İnzibati-İqtisadi Məhkəməsi;
1.6. 1 saylı
Bakı Yerli İqtisad Məhkəməsi
əsasında 1 saylı
Bakı İnzibati-İqtisadi
Məhkəməsi;
1.7.2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;
1.8. Gəncə
Yerli İqtisad Məhkəməsi əsasında
Gəncə İnzibati-İqtisadi
Məhkəməsi;
1.9. Sumqayıt
Yerli İqtisad Məhkəməsi əsasında
Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsi;
1.10. Şəki
Yerli İqtisad Məhkəməsi əsasında
Şəki İnzibati-İqtisadi
Məhkəməsi;
1.11. Şirvan
Yerli İqtisad Məhkəməsi əsasında
Şirvan İnzibati-İqtisadi
Məhkəməsi.
2. Məhkəmə-Hüquq
Şurasına tövsiyə
edilsin ki, inzibati-iqtisadi məhkəmələrin
və ağır cinayətlər məhkəmələrinin
ərazi yurisdiksiyasının
müəyyən edilməsinə,
habelə Azərbaycan
Respublikasının məhkəmə
sisteminə daxil olan məhkəmələrin
hakimlərinin say tərkibinin
artırılmasına dair
təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan Respublikası
Prokurorluğuna tövsiyə
edilsin ki, yeni məhkəmələrin
təşkil edilməsi
ilə əlaqədar
məhkəmələrdə dövlət ittihamının
müdafiəsi işinin
təşkilində müvafiq
dəyişikliklər etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki:
4.1. yeni təşkil edilən məhkəmələrin
fəaliyyətinə zəruri
şəraitin yaradılması
üçün onların
binalar, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlar ilə təmin edilməsi məqsədilə
tədbirlər görsün;
4.2. yeni məhkəmələrin
təşkil edilməsi
ilə bağlı xərclərin 2011-ci il üçün dövlət
büdcəsinin layihəsində
nəzərə alınmasını
təmin etsin;
4.3. yeni təşkil edilən məhkəmələrin
hakimləri təyin edilənədək Ağır
Cinayətlərə Dair
İşlər üzrə
Azərbaycan Respublikası
Məhkəməsinin və
yerli iqtisad məhkəmələrinin fəaliyyətinin
maliyyələşdirilməsini təmin etsin;
4.4. iki ay müddətində:
4.4.1. qüvvədə
olan qanunvericilik aktlarının "Məhkəmələr
və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa və bu fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
4.4.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna və bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.4.3. öz
səlahiyyətləri daxilində
"Məhkəmələr və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan və bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 17 iyul.- S.
1.