Məhkəmə qərarlarinin
icrası işinin təkmilləşdirilməsi
və «Məhkəmə nəzarətçiləri və məhkəmə
icraçıları haqqında», «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Məhkəmə qərarlarının vaxtında və tam icra olunmasının ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, son illərdə bu sahədə qanunvericilik bazası möhkəmləndirilmiş, bir sıra təşkilati və praktiki tədbirlər həyata keçirilmişdir.
Məhkəmə və digər orqanların qərarlarının icrası
işini daha da təkmilləşdirmək
və «Məhkəmə
nəzarətçiləri və məhkəmə icraçıları haqqında»,
«Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə, İnzibati
Xətalar Məcəlləsinə
və Cəzaların
İcrası Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
barədə» Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Məhkəmə icraçıları
baş idarəsi İcra baş idarəsi adlandırılsın.
2. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın
ki:
2.1. qanunvericilikdə nəzərdə
tutulmuş məcburi icra və məsuliyyət
tədbirlərinin səmərəli
tətbiqini təmin etsin, məhkəmə və digər orqanların qərarlarının
icrasından yayınma
hallarının qarşısının
alınması üzrə
fəaliyyətini gücləndirsin;
2.2. dövlət orqanları
tərəfindən məhkəmə
qərarlarının icra
olunması vəziyyətinə
dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.3. icra işinin keyfiyyətcə yeni səviyyədə qurulması,
bu sahədə kadr potensialının gücləndirilməsi, icra
xidmətinin strukturunun
və fəaliyyətinin
təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq
səviyyəsinin artırılması
üçün tədbirlər
görsün;
2.4. icra məmurları tərəfindən icra intizamına ciddi əməl olunmasını
təmin etsin, onların fəaliyyətində
sui-istifadə, süründürməçilik
və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan
araşdırılması üçün
tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki:
3.1. icra işini həyata keçirən ədliyyə orqanlarının
zəruri təşkilati-texniki
vasitələrlə təmin
edilməsi məqsədi
ilə tədbirlər
görsün və bunun üçün tələb olunan vəsaitin 2011-ci il dövlət büdcəsinin
layihəsində nəzərdə
tutulmasını təmin
etsin;
3.2. bir ay müddətində:
3.2.1. qüvvədə
olan qanunvericilik aktlarının «Məhkəmə
nəzarətçiləri və məhkəmə icraçıları haqqında»,
«Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə, İnzibati
Xətalar Məcəlləsinə
və Cəzaların
İcrası Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
barədə» Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.2.3. öz
səlahiyyətləri daxilində
«Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları haqqında»,
«Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə, İnzibati
Xətalar Məcəlləsinə
və Cəzaların
İcrası Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
barədə» Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
4. Müəyyən
edilsin ki:
4.1. «İcra
haqqında» Azərbaycan
Respublikası Qanununun
84-1.1-ci maddəsinin ikinci
cümləsində, 84-1.2-ci maddəsinin ikinci cümləsində və
86.1-ci maddəsində nəzərdə
tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir;
4.2. Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
173.1-ci maddəsində nəzərdə
tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
həyata keçirir.
5. «Ədliyyə
orqanlarının inkişafı
haqqında» Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il,
¹8, maddə 671; 2007-ci il,
¹ 12, maddə 1223; 2009-cu il,
¹ 12, maddə 983; 2010-cu il,
¹ 2, maddə 80) ilə
təsdiq edilmiş Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Strukturunda və Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Kollegiyasının tərkibində
«Məhkəmə icraçıları»
sözləri «İcra»
sözü ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 iyul 2010-cu il.
Azərbaycan.- 2010.- 17 iyul.- S.
2.