Azərbaycan Respublikası ilə
Beynəlxalq Atom Enerjisi
Agentliyi arasında əməkdaşlıq
üzrə Dövlət Komissiyasının yeni
tərkibinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
aşağıdakı yeni
tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Yaqub Eyyubov -
Azərbaycan Respublikası
Baş nazirinin
birinci müavini
Komissiyanın üzvləri:
Natiq Əliyev
- Azərbaycan Respublikasının
sənaye və energetika naziri
Hüseynqulu Bağırov
- Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri
Mahmud Kərimov
- Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti
Aydın Əliyev
- Azərbaycan Respublikası
Dövlət
Gömrük Komitəsinin
sədri
Ramiz Həsənov
- Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya
və
Patent üzrə
Dövlət Komitəsinin
sədri
Elçin Quliyev -
Azərbaycan Respublikası
Dövlət
Sərhəd Xidmətinin
rəisi
Araz Əzimov
- Azərbaycan Respublikası
xarici
işlər nazirinin
müavini
Faiq Tağızadə
- Azərbaycan Respublikası
fövqəladə hallar nazirinin müavini
Əli Şəfiyev
- Azərbaycan Respublikası
milli
təhlükəsizlik nazirinin
müavini
Abbas Vəlibəyov
- Azərbaycan Respublikası
səhiyyə
nazirinin müavini
Fuad İsmayılov
- Azərbaycan Respublikasının
Avstriya Respublikasında
fövqəladə
və səlahiyyətli
səfiri, Vyana şəhərində
beynəlxalq təşkilatlar
yanında
daimi nümayəndəsi
Siyavuş Azakov - Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Nüvə
və Radioloji
Fəaliyyətin Tənzimlənməsi
üzrə Dövlət
Agentliyinin rəisi
Ağadayı Ağayev
- Azərbaycan Respublikası
Nazirlər
Kabineti Aparatının xarici
iqtisadi
əlaqələr
şöbəsinin müdiri
(Komissiyanın katibi)
2. "Azərbaycan
Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi
arasında əməkdaşlıq üzrə Dövlət
Komissiyası haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 5 sentyabr tarixli 1035 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
¹ 9, maddə 565) 1-ci bəndi qüvvədən
düşmüş hesab edilsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Dövlət Komissiyasının yeni tərkibi
barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə müvafiq
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 17 iyul.- S.
3.