İran İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident!
Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 17 iyul.- S. 3.