Mavritaniya Prezidenti Səngəçal
neft terminalı ilə
Ölkəmizdə rəsmi
səfərdə olan
Mavritaniya İslam Respublikasının Prezidenti
Məhəmməd Uld
Əbdüləziz və
onu müşayiət
edən nümayəndə
heyəti iyulun 16-da Səngəçal neft terminalı ilə
Terminalla tanışlıq
Xəzər Enerji Mərkəzindən başlanmışdır.
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt
Yusifzadə qonaqlara mərkəz barədə
ətraflı məlumat
vermişdir.
Bildirilmişdir ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində Azərbaycanda irimiqyaslı
enerji layihələri
həyata keçirilmişdir.
Bu layihələrin təməlini
qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin
cəlb edilməsi üçün çox işlər görmüşdür.
İlkin olaraq Xəzərin neft və qaz yataqlarının
işlənilməsi və
neft kəmərlərinin
tikintisinə yönəldilmiş
vəsaitlər sonradan
digər sahələrin,
xüsusilə, qeyri-neft
sektorunun inkişafına,
iri infrastruktur layihələrinin həyata
keçirilməsinə, yeni
iş yerlərinin açılmasına şərait
yaradan gəlir gətirmişdir. Bu gün
Azərbaycanın dünyanın
ən sürətlə
inkişaf edən ölkələrindən birinə
çevrilməsində və
artıq özünün
xarici sərmayələr
yatırmaq iqtidarında
olmasında bunun böyük rolu vardır.
Tikintisinə 2001-cu ildə
başlanmış terminalda
xam neft üçün ümumi həcmi 880 min barrel olan 3 çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi
vardır. Bura fiber-optik rabitə kabelləri, sahildən 187
kilometr məsafədə
yerləşən dəniz
yataqlarından neft və qaz kəmərləri
çəkilmişdir.
Ali qonağa
hədiyyə təqdim
olunmuşdur.
Sonra Mavritaniya
dövlətinin başçısı
və onu müşayiət edən
nümayəndə heyəti
Səngəçal terminalının
ərazisinə avtobusla
gəzintiyə çıxmışlar.
Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı
məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 17 iyul.- S.
3.