Lənkəranda dünya standartlarına cavab verən turist istirahət mərkəzləri çoxdur

 

Yurdumuzun dilbər guşələri çoxdur. Onlardan biri meşəli dağlar mavigözlü Xəzərlə əhatə olunan Lənkərandır. Füsunkarlığı, qonaqpərvərliyi ilə seçilən bu qədim diyar haqqında indiyədək çoxlu xoş sözlər deyilib, şəninə şeirlər qoşulub, nəğmələr bəstələnib. Böyük rus şairi Nikolay Tixonovsa Lənkəranı "Cənub mirvarisi" adlandırıb.

Son illər Lənkəran daha da gözəlləşib. Aparılan tikinti, quruculuq, abadlıq işləri onun hüsnünə yeni təravət, yaraşıq gətirib. Ölkənin digər yerlərində olduğu kimi, burada da turizmin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib bu sahədə işlər indi davam etdirilir.

Hazırda rayon ərazisində "Qafqaz Sahil Hotel", "Palıdlı sahil" istirahət turizm mərkəzləri, "Qızılağac hotel", "Bəşəri" istirahət mərkəzi, "Hirkan" xidmət kompleksi, "Dalğa" oteli s. fəaliyyət göstərir. Bu obyektlərin hər birinin özəlliyi ilə yanaşı, ümumi cəhətləri var. Turistlərin bu yerlərin hər birində istirahər etmək, bədənlərini günəşin ilıq şüaları, dənizin suyu ilə möhkəmlətmək, subtropik bölgənin müxtəlif yerlərinə ekskursiyalar etmək, adət-ənənələr, sənətkarlıq nümunələri, bölgənin qədim tikililəri, tarixi abidələri, ləzzətli mətbəxi ilə yaxından tanış olmaq imkanları var.

Belə turist istirahət mərkəzlərinin arasında "Qafqaz Sahil Hotel"i xüsusi fərqlənir. Məlumat üçün bildirək ki, mərkəz 2008-ci ilin oktyabrından fəaliyyət göstərir. Xatırladaq ki, dünya standartlarına cavab verən istirahət ocağının açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.

"Qafqaz Sahil Hotel"in qeydiyyat qəbul şöbəsinin müdiri Kazım Kazımovla söhbət zamanı öyrəndik ki, kompleksdə 19 standart, 5 suit otaqlar 18 kottec var. Hamısı da dünya standartları səviyyəsində. Hər bir otaq yüksək keyfiyyətli mebel, sanitar qovşağı, televizor, mini bar kondisionerlə təchiz edilmişdir. Buradakı sağlamlıq mərkəzində müxtəlif idman avadanlıqları quraşdırılmışdır. İstirahət mərkəzində sauna, qapalı, habelə dəniz kənarında açıq havada restoranlar fəaliyyət göstərir. Hotelin həyəti cənnətdir. Dünyanın müxtəlif ölkələrindən gətirilmiş növbənöv dekorativ ağaclar əraziyə əlavə bir gözəllik, təravət verir.

"Qafqaz Sahil Hotel" dincələnlərdən bir neçəsinə yaxınlaşıb onlardan istirahətlərinin necə keçdiyini soruşduq. Polşanın tanınmış piano ifaçısı Stanislav Deja Lənkəranın təkrarsız təbiət mənzərələrindən, dağlarından, meşələrindən, bol günəşdən, dənizdən ağızdolusu danışdı. Həyat yoldaşı oğlu onun sözünə qüvvət verərək qarşıdakı illərdə istirahətə bu yerlərə gələcəklərini bildirdilər.

Stilyan Frank isə Bolqarıstandan olduğunu, bu yerlərə ilk dəfə səfər etdiyini çox məmnun qaldığını bildirdi. O, belə bir fikir söylədi: "Məşhur bir səyyahdan soruşurlar ki, dünyanın ən gözəl yeri haradır, cavab verir ki, bir tərəfi meşə, digər tərəfi dənizlə əhatə olunan məkan". Sonra Stilyan gülümsəyərək əlavə etdi: "Onlar da burada - Lənkəranda vardır".

Dənizin qumlu sahilində istirahətə gələn gənc ata analar öz uşaqlarını qırçın ləpəli Xəzərin ilıq suyunda çimdirir, deyib-gülürdülər. Çimərlikdə yaradılmış şərait ürəkaçandır. Soyunub-geyinmə kabinələri, günəşdən qorunmaq üçün çətirlər, uzanmaq üçün xüsusi avadanlıqlar s. hamını razı salır. Sahildəki restoranın xidmət personalı istirahətə gələnlərin qulluğunda yüksək səviyyədə dururlar.

K.Kazımov sonda vurğuladı ki, müştərilərin məmnunluğu mərkəzin 42 nəfərlik kollektivinin uğurudur. Bu uğursa həm Azərbaycana turist axınının artması deməkdir.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  8.