Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Zaqatala şəhər inzibati ərazi dairəsi tərkibindəki Zaqatala şəhəri ilə həmsərhəd olan Aşağı Tala kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Tala kəndinin ərazisindən 40,49 ha (bunlardan - dövlət mülkiyyətində olan 2,70 ha, bələdiyyə mülkiyyətində olan 33,49 ha və xüsusi mülkiyyətdə olan 4,30 ha), Car kənd inzibati ərazi dairəsi tərkibindəki Car kəndinin ərazisindən 12,37 ha (bunlardan - dövlət mülkiyyətində olan 5,82 ha, bələdiyyə mülkiyyətində olan 1,70 ha və xüsusi mülkiyyətdə olan 4,85 ha) və Zilban kəndinin ərazisindən 45,90 ha (bunlardan - dövlət mülkiyyətində olan 9,60 ha, bələdiyyə mülkiyyətində olan 1,00 ha və xüsusi mülkiyyətdə olan 35,30 ha) Göyəm kənd inzibati ərazi dairəsi tərkibindəki Çökəkoba kəndinin ərazisindən 87,97 ha (bunlardan - dövlət mülkiyyətində olan 27,40 ha, bələdiyyə mülkiyyətində olan 24,80 ha və xüsusi mülkiyyətdə olan 35,77 ha) və Göyəm kəndinin ərazisindən 149,08 ha (bunlardan - dövlət mülkiyyətində olan 110,18 ha və bələdiyyə mülkiyyətində olan 38,90 ha) Kebeloba kənd inzibati ərazi dairəsi tərkibindəki Kebeloba kəndinin ərazisindən 58,91 ha (bunlardan - dövlət mülkiyyətində olan 5,00 ha, bələdiyyə mülkiyyətində olan 3,40 ha və xüsusi mülkiyyətdə olan 50,51 ha), Yuxarı Tala kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Tala kəndinin ərazisindən 147,31 ha (bunlardan dövlət mülkiyyətində olan 117,21 ha, bələdiyyə mülkiyyətində olan 10,02 ha və xüsusi mülkiyyətdə olan 20,08 ha) torpaq sahələri bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Zaqatala şəhərinin inzibati ərazisinə verilsin.
II. Zaqatala şəhər inzibati ərazi dairəsi tərkibindəki Qazangül qəsəbəsi (ərazisi 528,16 ha, bunlardan - dövlət mülkiyyətində olan 172,40 ha, bələdiyyə mülkiyyətində olan 114,21 ha və xüsusi mülkiyyətdə olan 241,55 ha) Zaqatala şəhərinin inzibati ərazisinə birləşdirilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S.
3.