Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007-ci il, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 966; 2010-cu il, ¹ 3, maddələr 171, 173, 178) aşağıdakı əlavələr edilsin:

1. 214.2.2-ci maddədə "hərbi idarələrin" sözlərindən sonra "(müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla)" sözləri əlavə edilsin;

2. aşağıdakı məzmunda 214.2.3-cü maddə əlavə edilsin:

"214.2.3. müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə - müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları.".

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  18 iyul.- S.  4.