Azərbaycan Respublikasının
Ailə Məcəlləsinə əlavələr edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, I kitab, maddə 126; 2002-ci il, ¹ 12, maddə 702; 2004-cü il, ¹ 7, maddə 505; 2006-cı il, ¹ 2, maddə 66, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1005, 1006; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1218; 2008-ci il, ¹ 7, maddə 602; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddə 171) 53.3-cü maddəsinin birinci cümləsində "Uşağın soyadı" sözlərindən sonra ", bir qayda olaraq," sözləri əlavə olunsun və bu maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S. 3.