"Azərbaycan Respublikasının Seçki Məcəlləsindədəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  1.