Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2010-cu il iyunun 3-də Bakı
şəhərində imzalanmış sənədlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və
Belarus Respublikası arasında
2010-cu il iyunun 3-də Bakı şəhərində imzalanmış
aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti
və Belarus Respublikası
Hökuməti arasında
informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.2. Azərbaycan
Respublikası Hökuməti
və Belarus Respublikası
Hökuməti arasında
elm və texnologiyalar sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.3. Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və Belarus Respublikası
Təbii Sərvətlər
və Ətraf Mühitin Mühafizəsi
Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlığa dair Saziş;
1.4. Azərbaycan
Respublikasının Dövlət
Statistika Komitəsi və Belarus Respublikasının
Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında
Saziş;
1.5. Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək
və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı
əməkdaşlıq haqqında
Saziş.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Belarus Respublikası tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S.
1.