"Azərbaycan
Respublikasının Zaqatala rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli
1055-IIIQ nömrəli qanununun tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Zaqatala
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasının
Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
22 iyun tarixli 1055-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan
Respublikasının Zaqatala
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli
qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 18
iyul.- S. 3.