"Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli
1037-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 18 iyun tarixli 1037-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1037-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu
Azərbaycan.- 2010.- 18 iyul.- S. 4.