"Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli
1038-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 18 iyun tarixli 1038-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 18 iyun tarixli 1038-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18
iyun tarixli 1038-IIIQD nömrəli Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.-18
iyul.- S. 4.