"Notariat
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il
22 iyun tarixli 1044-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Notariat
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1044-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Notariat haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1044-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Notariat
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il
22 iyun tarixli 1044-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, "Notariat haqqında" Azərbaycan Respublikası
Qanununun 6-cı maddəsinin
üçüncü hissəsində
"müvafiq icra hakimiyyəti orqanı"
dedikdə Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə
tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S.
3.