"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 610; 2001-ci il, ¹ 10, maddə 646; 2002-ci il, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003-cü il, ¹ 8, maddə 434; 2004-cü il, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005-ci il, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007-ci il, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008-ci il, ¹ 1, maddələr 7, 10; 2009-cu il, ¹ 7, maddələr 531, 534) 2-ci bəndinə aşağıdakı əlavələr edilsin:

2.1. səkkizinci abzasda "214.2.2-ci maddəsində" sözlərindən sonra "(ikinci halda)" sözləri əlavə edilsin;

2.2. doqquzuncu abzas onuncu abzas hesab edilsin aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

"həmin məcəllənin 214.2.2-ci maddəsində (birinci halda) 214.2.3-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  4.