"Reklam
haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Televiziya və radio
yayımı haqqında" və "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Reklam
haqqında" Azərbaycan
Respublikasının Qanununa,
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, "Televiziya
və radio yayımı
haqqında" və
"Dərman vasitələri
haqqında" Azərbaycan
Respublikasının qanunlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Reklam haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, "Televiziya və
radio yayımı haqqında" və "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Reklam haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, "Televiziya və
radio yayımı haqqında" və "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2. Müəyyən edilsin
ki, "Reklam haqqında" Azərbaycan Respublikası
Qanununun 17-ci maddəsinin 3-cü bəndinin
üçüncü cümləsində "müvafiq icra
hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi nəzərdə
tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S.
4.