Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

İyulun 17-də Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Mavritaniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Mavritaniya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  6.