Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin görməli yerləri ilə tanış olmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyulun 18-də Batuminin görməli yerləri ilə tanış olmuşdur.

Şəhərin mərkəzindəki saat qülləsi ilə tanışlıq zamanı Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs məlumat verdi ki, bu saatı Batuminin hər yerindən görmək mümkündür.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin tarixi hissəsində oldu.

Mehriban xanıma Avropa meydanında Venesiya memarlığı üslubunda inşa olunan bina haqqında məlumat verildi. Qeyd olundu ki, son illərdə Batumidə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Avropa meydanında aparılan yenidənqurma işləri də bunun bir tərkib hissəsidir.

Mehriban xanım Əliyeva Batumidə həyata keçirilən infrastruktur layihələrinin eskizlərinə də baxdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  2.