Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması,
icrası və ləğv edilməsi qaydaları
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995-ci il, № 22, maddə 349) aşağıdakı dəyişikliklər
edilsin:
1. 2-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının xarici dövlətlərlə və beynəlxalq
təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan
Respublikası adından (dövlətlərarası müqavilələr)
və Azərbaycan Respublikasının hökuməti
adından (hökumətlərarası müqavilələr)
bağlanır.".
2. 3-cü maddədə
"qəbul edilməsi," sözləri, 13-cü maddənin
adında "və ya qəbul" sözləri və 25-ci
maddənin birinci hissəsində ", qəbul
edilmiş" sözləri çıxarılsın.
3. 4-cü, 9-cu və
21-ci maddələr çıxarılsın.
4. 5-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Beynəlxalq
danışıqların aparılması və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında qərarları müvafiq icra
hakimiyyəti orqanı qəbul edir.".
5. 6-cı maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra
hakimiyyəti orqanı beynəlxalq danışıqlar aparmaq
və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini
imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti
orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət
verildikdə danışıqların predmeti və həyata
keçirilməli olan hərəkətlər göstərilir.".
6. 7-ci maddə üzrə:
6.1. birinci hissədə
"Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikasının bütün beynəlxalq müqavilələri
barəsində, Azərbaycan Respublikasının Baş naziri
və Azərbaycan Respublikasının xarici işlər naziri
isə bu qanunun 8-ci maddəsinin ikinci hissəsində"
sözləri "Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının bütün beynəlxalq müqavilələri
barəsində, müvafiq icra hakimiyyəti orqanlarının
rəhbərləri isə bu qanunun 8-ci maddəsində"
sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissə
çıxarılsın və üçüncü hissə
ikinci hissə hesab edilsin.
7. 8-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Dövlətlərarası
və Azərbaycan Respublikasının qanunlarından fərqli
qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi
təsdiq (ratifikasiya) edir.".
8. 10-cu maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ratifikasiya
üçün Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilən beynəlxalq müqavilələrə Milli
Məclisin müvafiq komitələrində qabaqcadan
baxılaraq rəy verilir.".
9. 11-ci maddə üzrə:
9.1. adında "qərarların"
sözü "qanunların" sözü ilə əvəz
edilsin;
9.2. birinci hissədə
"Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan
Respublikasının Prezidenti" sözləri "Azərbaycan
Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti
orqanı" sözləri ilə, "qərar"
sözü isə "qanun" sözü ilə əvəz
edilsin;
9.3.
üçüncü hissə aşağıdakı redaksiyada
verilsin:
"Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ratifikasiyası haqqında Azərbaycan Respublikasının
qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı
ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır.".
10. 12-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Təsdiqnamələrin
mübadiləsi və
onların saxlanmağa
verilməsi
Müvafiq icra hakimiyyəti orqanı və ya həmin
orqanın tapşırığı
ilə Azərbaycan Respublikasının müvafiq
dövlətdəki diplomatik
nümayəndəliyi və
ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının
birindəki nümayəndəliyi
təsdiqnamələri mübadilə
edir və onları saxlanmaq üçün depozitariyə
verir.".
11. 13-cü maddənin
mətni aşağıdakı
redaksiyada verilsin:
"Ratifikasiyası
tələb olunmayan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.".
12. 14-cü maddə
üzrə:
12.1. 1-ci bənddə
"Ali Soveti" sözləri
"Milli Məclisi"
sözləri ilə əvəz edilsin;
12.2. 2-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2) ratifikasiyası tələb
olunmayan müqavilələr
barəsində - müvafiq
icra hakimiyyəti orqanı.";
12.3. 3-cü bənd
çıxarılsın.
13. 16-cı maddədə
"Azərbaycan Respublikasının
Prezidenti" sözləri
"Müvafiq icra hakimiyyəti orqanı"
sözləri ilə əvəz edilsin.
14. 17-ci maddə
üzrə:
14.1. birinci
hissədə "Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, nazirlikləri,
dövlət komitələri,
idarələri və
başqa dövlət
orqanları" sözləri
"Müvafiq icra hakimiyyəti orqanları"
sözləri ilə əvəz edilsin;
14.2. ikinci
hissədə "Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi"
sözləri "Müvafiq
icra hakimiyyəti orqanı" sözləri
ilə, "Azərbaycan
Respublikası Prezidentinə"
sözləri isə
"müvafiq icra hakimiyyəti orqanına"
sözləri ilə əvəz edilsin.
15. 18-ci maddədə,
26-cı maddənin ikinci
hissəsində "Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi"
sözləri "müvafiq
icra hakimiyyəti orqanı" sözləri
ilə, 26-cı maddənin
birinci hissəsində
isə "Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyində"
sözləri "müvafiq
icra hakimiyyəti orqanında" sözləri
ilə əvəz edilsin.
16. 19-cu maddə
üzrə:
16.1. birinci
hissədə "Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və başqa nazirlikləri, dövlət
komitələri və
idarələri Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla
razılaşdırmaqla Azərbaycan
Respublikasının Prezidentinə"
sözləri "müvafiq
icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına" sözləri
ilə əvəz edilsin;
16.2. ikinci hissədə
"21" rəqəmi "22" rəqəmi ilə əvəz edilsin.
17. 20-ci maddənin
mətni aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının beynəlxalq
müqavilələrinin yerinə
yetirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının normativ
hüquqi aktlarının
qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər
verirlər.".
18. 22-ci maddə
üzrə:
18.1. adında "Ali Soveti"
sözləri "Milli
Məclisi" sözləri
ilə əvəz edilsin;
18.2. mətni aşağıdakı
redaksiyada verilsin:
"Ratifikasiya
edilmiş Azərbaycan
Respublikasının beynəlxalq
müqavilələrini müvafiq
icra hakimiyyəti orqanının təklifinə
əsasən Azərbaycan
Respublikasının Milli
Məclisi ləğv
edir.".
19. 23-cü maddədə
"Ali Sovetinin müvafiq
daimi komissiyaları"
sözləri "Milli
Məclisinin müvafiq
komitələri" sözləri
ilə əvəz edilsin.
20. 24-cü maddə
üzrə:
20.1. adında "Azərbaycan
Respublikasının Prezidenti"
sözləri "müvafiq
icra hakimiyyəti orqanı" sözləri
ilə əvəz edilsin;
20.2. mətni aşağıdakı
redaksiyada verilsin:
"Ratifikasiyası
tələb olunmayan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini
müvafiq icra hakimiyyəti orqanı ləğv edir.".
21. 25-ci maddədə
"Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin təqdimatı
ilə "Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatlarında" sözləri
"Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu"nda"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 20
iyul.- S. 3.