"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları dövlətə məxsus müəssisələr tərəfindən verilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində, 7-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsində, 11-ci maddəsinin birinci üçüncü hissələrində, 14-cü maddəsinin 2-ci bəndində, 16-cı maddəsində, 17-ci maddəsinin ikinci hissəsində (ikinci halda), 19-cu maddəsinin birinci hissəsində, 22-ci maddəsində, 24-cü maddəsinin adında mətnində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini texniki yardım qrant alınmasına, həmçinin dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər hallarda Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının qanunları ya Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutmayan texniki yardım qrant alınmasına, həmçinin dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər hallarda Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.4. həmin qanunun 6-cı maddəsində, 17-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci hissəsində 20-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirirlər;

2.6. həmin qanunun 12-ci maddəsində, 17-ci maddəsinin ikinci hissəsində (birinci halda), 18-ci maddəsində, 26-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  3.