Bakıda 11-ci Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
İyulun 19-da "Park
İNN-Azərbaycan" mehmanxanasında İqtisadi
İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı
ilə 11-ci Azərbaycan-Almaniya biznes forumu
keçirilmişdir.
Tədbirdə Azərbaycan və
Almaniya tərəfdən hökumət rəsmiləri ilə
yanaşı, kənd təsərrüfatı, qida sənayesi,
alternativ enerji, maliyyə, neft-qaz, maşınqayırma, tikinti
və digər sahələrdə fəaliyyət göstərən
50-yə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumun
açılış mərasimində çıxış
edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov,
kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev,
Almaniya Federativ Respublikası Federal İqtisadiyyat və
Texnologiya Nazirliyinin şöbə rəhbəri Andreas Neuman,
Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi
Peter Siqler, İİN-in Sahibkarlığın inkişafı
siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkələrimiz
arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın
daha da inkişaf etdirilməsi imkanları, iş adamları
arasında əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyəti barədə danışmış, əlaqələrin
inkişafında biznes forumların, işgüzar
görüşlərin vacibliyini vurğulamışlar.
Tədbirdə AZPROMO-nun prezidenti
Adil Məmmədov ölkəmizin investisiya mühiti və
ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin
icraçı direktorunun müavini Zaur Məmmədov qurumun fəaliyyəti
və həyata keçirdiyi layihələr, DAWF İdarə
Heyəti sədrinin müavini Aleksander Androviç isə təşkilatın
Azərbaycanda fəaliyyəti barədə təqdimatlarla
çıxış etmişlər.
Biznes forumu çərçivəsində
tədbirdə iştirak edən Almaniya şirkətləri
barədə ətraflı məlumatlar verilmiş, həmçinin
iş adamları arasında ikitərəfli görüşlər
keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 20 iyul.- S.
7.