Azərbaycan Prezidenti
İlham Əliyev "Respublika"
mehmanxanasının təmirdən sonrakı vəziyyəti
ilə tanış olmuşdur
"Respublika" mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilmişdir. Bildirilmişdir ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirmişdir. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak etmiş, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılmışdır. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılmışdır.
12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılmışdır. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.
Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış oldular, mehmanxananın eyvanından şəhərin panoramını seyr etdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 21 iyul.- S.
1.