Azərbaycan Prezidenti İlham Əliyev
BMT-nin Ticarət və İnkişaf üzrə
Konfransının Baş katibi Supaçai Paniçpakdini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçai Paniçpakdini qəbul etmişdir.
Supaçai Paniçpakdi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu dedi. Regionun əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın bu regionda ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 21 iyul.- S.
2.