Cenevrədə Azərbaycan və
Ermənistan parlament sədrləri
arasında görüş olmuşdur
İyulun 19-da Cenevrədə
parlament sədrlərinin üçüncü
Ümumdünya Konfransı çərçivəsində
Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan
parlamentinin sədri Ovik Abramyanla
görüşmüşdür.
Görüşdə ATƏT-in
Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsipləri
əsasında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində parlamentlərin
rolu məsələsi müzakirə olunmuşdur.
Görüş Ermənistan tərəfinin təşəbbüsü
ilə keçirilmişdir.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2010.- 21 iyul.- S.
2.