İtaliyanın ENİ şirkətinin Azərbaycanın neft-qaz layihələrində iştirakı məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır

 

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iyulun 20-də nazir Natiq Əliyev İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə İtaliya şirkətinin Azərbaycanın neft-qaz layihələrində iştirakı məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır. ENİ şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Əşrəfi" və "Dan ulduzu" perspektiv yataqlarının işlənməsinə maraq göstərır. Şirkət, həmçinin Xəzər regionunda hasil ediləcək təbii qazın Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan boru kəməri vasitəsilə Mərkəzi Avropaya, o cümlədən İtaliyaya çatdırılmasında da iştirak etmək niyyətindədir.

 

 

Azərbaycan.- 2010.-  21 iyul.- S.  2.