"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" 2010-cu il aprelin 7-də Tallinn şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 21 iyul.- S.  3.