"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" 2010-cu il aprelin 7-də Tallinn şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  21 iyul.- S.  3.