Kino-Foto Sənədləri Arxivi dövlətimizin başçısına aid kino sənədlərini qəbul etmişdir

 

Dövlət Kino-Foto Sənədləri Arxivi "Salnamə" sənədli filmlər studiyasından 35 millimetrlik kinolentdə çəkilmiş, 682 saxlama vahidindən ibarət kino sənədini qəbul etmişdir.

Milli Arxiv İdarəsi (MAİ) direktorunun müavini Kamal Ağayev AzərTAc-a bildirmişdir ki, 2004-2008-ci illəri əhatə edən sənədlər Prezident İlham Əliyevin iştirak etdiyi tədbirləri və ictimai həyatın müxtəlif sahələrini əks etdirir.

Daimi dövlət mühafizəsinə götürülmüş kino sənədləri artıq rəsmi qeydiyyata alınmışdır və bundan sonra müəyyən olunmuş qaydada mövzular üzrə sənədləşdiriləcəkdir.

 

 

Azərbaycan.- 2010.- 21 iyul.- S.  7.