"Azərbaycan Respublikası
hökuməti və Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı arasında
yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan
Respublikası hökuməti və Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı arasında
yardım xidmətlərinin göstərilməsinə
dair" 2010-cu il fevralın 15-də Bakı şəhərində
imzalanmış Anlaşma Məktubu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 22 iyul.- S.
1.