"Azərbaycan
Respublikası hökuməti və Yunanıstan Respublikası
hökuməti arasında təbii fəlakətlərin və
texnogen qəzaların
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində
əməkdaşlıq və qarşılıqlı
yardım haqqında" sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2010-cu il fevralın 23-də Afina şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 22 iyul.- S.
2.