Belçikanın Kralı əlahəzrət II Albertə

 

Əlahəzrət!

Milli bayramınız - Kralın andiçmə günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  21iyul.- S.  2.