"Pambıqçılıq
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 11 may tarixli 1012-IIIQ
nömrəli qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin
qanunun 14.5-ci maddəsində
nəzərdə tutulmuş
pambıq qəbulu qəbzinin forması və verilməsi qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanunun 15.3-cü maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanları"nın
səlahiyyətlərini və
5.0.2-ci (pambıqçılığın
klasterlər əsasında
inkişafının təmin
edilməsi üzrə),
5.0.5-ci, 5.0.7-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.5. həmin
qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən
edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.6. öz
səlahiyyətləri daxilində
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikası Qanununun
18.1-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini,
o cümlədən həmin
qanunun 5.0.1-ci (pambıqçılıq
üzrə normativ hüquqi aktların qəbul edilməsi üzrə) və 5.0.2-ci
(pambıqçılığın inkişafına dair dövlət proqramlarının
təsdiq edilməsi üzrə) maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin
qanunun 14.5-ci maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin
qanunun 7.6-cı, 17.4-cü maddələrində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini, o cümlədən həmin
qanunun 5.0.1-ci, 5.0.3-cü, 5.0.4-cü,
5.0.6-cı və 5.0.8-ci (pambıqçılıq
sahəsində mütəxəssislərin
hazırlanmasının, ixtisaslarının
artırılmasının təşkil edilməsi üzrə) maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
həyata keçirir;
2.4. həmin
qanunun 16.1-ci maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 21 iyul.- S.
3.