Ağdamda milli mətbuat günü qeyd olunmuşdur

 

Ağdam Rayon İcra Hakimiyyətində (RİH) Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının siyasi partiyalarictimai təşkilatlarla şöbəsinin müdiri Qədulla Səfərov Azərbaycanda söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olmasında ulu öndər Heydər Əliyevin rolundan danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkədə plüralizm, söz və mətbuat azadlığını tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Senzura ləğv edilmiş, qəzetlərin nəşriyyata olan borcları əvvəlcə dondurulmuş, sonradan birdəfəlik ləğv edilmişdir. KİV-ə qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbirdə "Ağdam" qəzetinin redaktoru Baxşeyiş Hətəmlinin "Azərbaycan mətbuatı 135: zəngin tarix, şanlı əlaqələr" adlı məruzəsi dinlənilmişdir.

Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova, rayon icra hakimiyyətinin əməkdaşı Fəxrəddin Hacıbəyli, gənclər və idman idarəsinin rəisi Məhəmməd Aslanov və başqaları tədbirdə çıxış edərək ölkədə mətbuatın inkişafına göstərilən dövlət qayğısından danışmış, milli mətbuatımızın zəngin və şərəfli yoluna, o cümlədən 1930-cu ildən nəşr olunan "Ağdam" qəzetinin fəaliyyətinə nəzər salmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  4.