Mübarizələrdə
keçən ömür
Azərbaycan milli mətbuatının yaranması və inkişafı uğrunda mübarizə aparan azadlıq savaşçılarından biri də mədəni və ictimai fikir tariximizə istedadlı jurnalist, bacarıqlı naşir və görkəmli siyasi xadim kimi daxil olmuş Haşım bəy Vəzirovdur. Millətinin nicata qovuşması üçün ömrünün sonunadək mətbuatdan çılğıncasına, səsi getdikcə çağırıb-bağırdı. Xatirə və memuarlarda onun haqqında yazılır ki, son dərəcə emosional, üsyankar idi. Şüarı da varmış bu savaşçının: "Millətimizə ölüncəyə qədər xidmət etmək təmənnasında varıq".
O, 1868-ci ildə Şuşada dünyaya gəlmişdi. İlk təhsilini dövrünün ali təlim-tərbiyə görmüşlərindən olan atası Mirabdulladan alan gənc Haşım Şuşa şəhər məktəbini müvəffəqiyyətlə bitirib. Bundan sonra o, təhsilini Zaqafqaziya Müəllimlər Seminariyası (Qori) Azərbaycan şöbəsinin İrəvanda açılan müəllimlər seminariyasında davam etdirir. Bu o vaxtlar idi ki, Qori Seminariyasını ən ali diplomla bitirən görkəmli alim və pedaqoq Firudin bəy Köçərli İrəvan Seminariyasına direktor təyin edilmişdi və həm də ana dili və şəriətdən dərs deyirdi. Gənc Haşımın dünyagörüşünün formalaşmasında Firudin bəyin əvəzsiz rolu olur.
Tələbəlik illərində Haşım bəy "Kəşkül" qəzetində kiçik yazılarla çıxış edir, məqalələrində mollaxana və mədrəsələrin quruluşu, dərs proqramı, müdərrislərin dərs demək qaydaları ilə bağlı fikirlərini bildirirdi.
Seminariyanı bitirdikdən
sonra düz 19 il müəllimlik
etdi. Pedaqoji fəaliyyəti ilə
bərabər, Haşım
bəy Vəzirov ədəbi və ictimai fəaliyyətlə
də məşğul
olur, hətta
1904-cü ildə onun
tərcüməsində V.Şekspirin
"Otello" faciəsi
Şuşada tamaşaya
qoyulur. Otello rolunda özü,
Yaqo rolunda isə Məhəmməd Həsən bəy çıxış edirdi.
Çox keçmədən
Bu məqalə çar mütləqiyyətçilərini hərəkətə gətirir. Azərbaycan ziyalılarını
xalqından ayırmağa,
onun bəsirət gözünü qapamağa
çalışan hakim çinovniklər
Haşım bəyin bu hərəkətindən
dərhal "bəhrələnərək"
onu vətənindən
sürgün elətdirirlər.
Bununla da, onun ilk sürgün
həyatı başlayır.
1906-cı ilin ortalarında gənc ziyalı sürgündən qayıdaraq
əvvəlcə Şuşaya,
oradan da Bakıya gəlir və Bakıda Əhməd bəy Ağaoğlunun "İrşad"
qəzetində fəaliyyətə
başlayır. Sonradan bir müddət
H.Vəzirov qəzetə
redaktorluq edir.
"İrşad"dakı fəaliyyəti
ilə Vəzirovun
professional jurnalistlik fəaliyyəti,
1906-cı ildən 1916-cı ilədək Azərbaycan dövri mətbuatının
inkişafında müstəsna
rolu başlayır. Bu vaxt Azərbaycanda xalqın tərəqqisi, milli azadlıq ideyaları ilə silahlanmış yeni ziyalı nəsli yetişirdi. Haşım bəy
Vəzirov da öz qələmi, peşəsi və ictimai fəaliyyəti ilə bu mübarizəyə
qoşulanların ön
cərgəsində idi.
Onlar xalqın nicata qovuşmasının, istiqlalın
yeganə təbliğatçısı
kimi mətbuatı görürdülər, bunun
uğrunda da savaşırdılar. İdeya müəllimləri
də böyük Həsən bəy Zərdabi idi. İrticanın hökm sürdüyü, xüsusən,
türk mətbuatı
və nəşriyyatı
üzərində ciddi
senzura nəzarətinin
olduğu bir vaxtda çətinliklə
də olsa, Haşım bəy Vəzirov "Tazə həyat" qəzetinin nəşrinə icazə
alır və 1907-ci il aprelin
1-də özünün redaktorluğu
ilə qəzetin birinci nömrəsi çapdan çıxır.
"Tazə həyat"ın
qarşısına qoyduğu
birinci məsələ
müsəlmanları düşdükləri
fəlakətdən, faciəli
vəziyyətdən çıxarmaq
idi. Redaktor yazırdı: "Biz istəyirik
ki, millətimiz xoşbəxt olsun, millətimizin xoşbəxtliyi
qeyri millətlərin
bədbəxtliyi üzərində
qurulsun, demirik. Biz bütün millətlərin
və insanların həddi-kəmalə yetişməyinin,
onlar ilə bahəm öz millətimizin də xoşbəxtliyinin tərəfdarıyıq".
Çox keçmir ki, qəzet ətrafına Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ə.Müznib, Məmməd
Səid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Mehdi Seyidzadə, Mirzə Şərif Əfəndizadə,
Bayraməli Abbaszadə,
Məşədi Azər,
Cəlal Yusifzadə və başqa qələm sahiblərini toplayır. Onlar ədəbi, ictimai-publisistik
əsərləri ilə
"Tazə həyat"da
çıxış edir,
millətini millət kimi yaşamağa, inkişaf etməyə çağırırdılar. Bunun qarışılığında onlar "mükafatsız"
qalmırdılar. Tez-tez qəzetləri
bağlanır, özləri
həbs edilib sürgünə göndərilir,
hədə-qorxu hədəfinə
çevrilirdilər.
Beləliklə, 1908-ci ilin sentyabrında Bakı general-qubernatorunun əmri ilə "Zərərli istiqamətinə
görə" "Tazə
həyat"ın nəşri
230-cu sayında dayandırıldı. Bu isə o demək idi ki, bu
qədər ziyalının
xalqa söz dediyi tribuna əlindən alınmışdı.
Əlacsız qalan Haşım bəy bu dəfə də Bakı qradonaçalnikinə müraciət
edərək "İttifaq"
adlı yeni qəzet çıxarılmasına
icazə istəyir və elə həmin ilin noyabrında naşir-redaktor
şəhadətnaməsini alaraq "Orucov qardaşları"nın mətbəəsində
"İttifaq"ın nəşrinə
başlayır. Bu dəfə
də qəzetin ətrafına dövrün
görkəmli şair,
jurnalist və yazıçıları - Hüseyn
Cavid, Məhəmməd
Hadi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Dadaş Bünyadzadə, Əli Müznib, Cəlal Yusifzadə və başqaları toplaşırlar. Onlar "İttifaq"ın
səhifələrində bədii-publisistik
yazılarla, şeir və felyetonlarla çıxış edirdilər.
Haşım bəy özü "İttifaq"da yazılarını
həm açıq, həm də gizli imzalarla dərc etdirirdi. "Keyfim gələndə",
"Birisi", bəzi
yazılarının axırında
isə "H.Vəzirov"
imzası qoyardı.
Lakin senzura "İttifaq"dakı
ziyalı toplusundan da təşvişə düşərək qəzeti
cəzalandırmaq haqqında
qərar çıxarır
və 1909-cu ildə
"İttifaq" da
bağlanır. Yaşadıqlarından
və başına gətirilənlərdən heç
də yorulub çəkilməyən Haşım
bəy bu dəfə də "Səda" qəzetinin nəşrinə nail olur.
Redaktor-naşir qəzetin
birinci nömrəsində
"İttifaq"ın bağlanma
səbəbini ərzi-hal
etdikdən sonra "Səda" haqqında bunları deyir: "Hər halda millətimizə ölüncəyə
qədər xidmət
etmək təmənnasında
varıq. "Səda"nın məsləki
millətimizin tərəqqisinə
və oyanışına
çalışan müsəlmanları
ittifaq və ittihada dəvət etməkdən ibarət olacaq, dili isə
türk, sadə Azərbaycan dili olacaq". Lakin Baş Mətbuat
İşləri İdarəsi
Stolıpinin əmrinə
əsaslanaraq az-çox
çıxan qəzet
və jurnallar, nəşriyyat və mətbəələr üzərində
irticaya başlayır,
redaktorları haqsız
yerə cərimələyir,
məhkəməyə cəlb
edirdi. Məqsəd necə olursa-olsun,
müsəlmanların ana
dilində qəzeti çıxmamalıdır, onları
yatdığı yuxudan
kimsə oyatmamalıdır,
bu işə başlayanlar cəzalandırılmalıdır.
Haşım bəy Vəzirov
məhz belə bir ağır şəraitdə jurnalistlik
fəaliyyətini cəsarətlə
davam etdirirdi. Ətrafında daha çox
ədəbi qüvvə
toplamış "Səda"
artıq 5 min nüsxə
tirajla çap olunurdu. Lakin 1911-ci il martın
18-dən 19-na keçən gecə jandarm idarəsi bir qrup mətbuat işçisini, o cümlədən
Haşım bəy Vəzirovu həbs edərək Bayıl həbsxanasına salır.
Mətbuat işçilərinin
kütləvi həbsini
digər qəzetlər
səhifələrinə çıxararaq
yazırdılar ki,
"Səda", "Nicat",
"Yeni həqiqət",
"Yeni Füyuzat"
və "Şəhabi-sadiq"
qəzetlərinin idarələri
axtarıldıqdan sonra
müdir və mühərrirləri həbsxanalara
göndərildi.
Haşım bəy həbsdən qayıtdıqdan
sonra - 1911-ci il
avqustun 14-də qəzetin
146-cı sayında dərc
edilmiş bir məqaləsinə görə
qəzetin nəşri
dayandırılır.
H.Vəzirovun yenə də ağır günləri başlayır, yenə də günlərlə jandarm idarəsinə gedərək mətbuatsız
yaşaya bilmədiyini
izhar edir və yalvarır ki, "Səda"sını
ona qaytarsınlar. Onun həyatını
və jurnalistlik fəaliyyətini öyrəndikcə,
aydın olur ki, bu fədai
insanın yaşadığı
qısa ömür ardı-arası kəsilməyən
münaqişələrdə, mübahisə, təqib, cərimə və həbslərdə, hökumət
idarələrində, sürgündə,
bir sözlə, mətbuat hüququ uğrunda çarpışmalarda
keçib. "Panislamizm məsələsi
və ermənilər"
başlıqlı silsilə
yazılarında işğalçı
dövlətlərin panislamizm
ilə mübarizədə
məqsədləri, millətçi
ermənilərin öz
riyakar hərəkətlərini
həyata keçirmək
üçün hər
qorxulu işlərə
əl atdıqları,
müsəlman aləmindəki
daxili ziddiyyət və çəkişmələr,
məzhəb münaqişələri
ətraflı şərh
olunurdu.
Mütəxəssislər Haşım bəyin qəzetçilik fəaliyyətini
sələfi Həsən
Bəy Zərdabi və Ünsizadə qardaşları ilə müqayisə edirlər. O, da çap etdiyi qəzet və jurnalların həm naşiri, redaktoru, həm korrektoru, bəzən çapçısı
da olurdu. Onların maddi vəziyyətləri
də bir-birinə oxşar olub. Sonralar yaratdığı "Nicat"
Maarif Cəmiyyəti güzəştli qiymətlə
aldığı mətbəəyə
"Səda" adını
vermişdi. Burada qəzetlərlə
bərabər, dərsliklər,
yazıçıların orijinal
əsərləri, tərcümələr
və dini kitablar da nəşr
olunurdu. N.Vəzirovun
"Ağa Kərim xan Ərdəbili" və "Vay şələküm, məlləküm",
M.S.Ordubadinin "Qanlı
sənələr", Y.V.Çəmənzəminlinin
"İki hekayə"
adlı kitabları və bir çox
kitablar çap olunmuşdu.
Cəfakeş jurnalistin, azadlıq savaşçısının yaşadığı sürgünlər, həbslər, qadağalar tezliklə özünü göstərdi. 1916-cı il fevralın 4-də Haşım bəy Vəzirov ailəsini, nəşri yarımçıq qalmış "Sədayi Qafqaz" qəzetini və borcunu tamamilə ödəyə bilmədiyi "Səda" mətbəəsini silahdaşlarına əmanət edib dünyasını dəyişdi. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov cəfakeş jurnalistin dəfn mərasimində deyirdi: "İştə Haşım bəy öldü. O, iki yaradıcı qüvvətlərdən birini özü ilə apardı, bizi insanlıq dərəcəsinə dəvət edən qüvvəti isə bizimlə qaldı. Bu qüvvət bizə kiridar verib qələbəmizi qüvvətləndiriyor, Bizə ümid yolu açıb da diyor: - Millətin məsudluğu insanlara bağlıdır".
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 22 iyul.- S.
5.