Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Zəngin tarixi ənənələrə
malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq
amallarının gerçəkləşməsinə,
mənəvi dəyərlərinin
qorunmasına, müstəqil
Azərbaycan dövlətinin
qurulması və inkişafına mühüm
töhfələr vermişdir. Müstəqillik illərində mətbuatımız
daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, söz və məlumat azadlığının
inkişaf etdirilməsi,
mətbuatın maddi-texniki
bazasının gücləndirilməsi
ilə bağlı ardıcıl tədbirlər
həyata keçirilmişdir.
Milli mətbuatın
inkişafına davamlı
dəstəyin təmin
edilməsi, habelə mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan
mətbuat işçilərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar üçün
yaşayış evlərinin
tikilməsi məqsədilə
2010-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fonduna 5,0 (beş) milyon manat vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
bəndində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 23 iyul.- S. 1.