Azərbaycan milli mətbuatının
135 illiyi ilə əlaqədar tədbirlərin
maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi
informasiya vasitələrinə
birdəfəlik maliyyə
yardımının göstərilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10
iyun tarixli 959 nömrəli sərəncamının
icrasının təmin
edilməsi və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsi,
habelə Azərbaycan
Respublikasının bir
sıra kütləvi
informasiya vasitələrinə
maliyyə yardımının
göstərilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan
milli mətbuatının
135 illiyi ilə əlaqədar tədbirlərin
keçirilməsi və
Azərbaycan Respublikasının
bir sıra kütləvi informasiya vasitələrinə maliyyə
yardımının göstərilməsi
məqsədilə Azərbaycan
Respublikasının 2010-cu ilin
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 milyon manat məbləğində
vəsait ayrılsın.
2. Bu sərəncamın
1-ci bəndi ilə müəyyən edilmiş
vəsaitin hesabına:
2.1. Azərbaycan
milli mətbuatının
135 illiyi ilə əlaqədar tədbirlərin
keçirilməsi üçün
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fonduna 280,0 min manat məbləğində birdəfəlik
maliyyə yardımı
edilsin.
2.2. Aşağıdakı
32 qəzet redaksiyasının
hər birinə 20,0 min manat birdəfəlik
maliyyə yardımı
ayrılsın:
"Ayna"
- "Zerkalo" qəzeti
"Azad Azərbaycan"
qəzeti
"Azadlıq"
qəzeti
"Azərbaycan"
qəzeti
"Azerbaydjanskiye
izvestiya" qəzeti
"Bakinski
raboçi" qəzeti
"Bakı-Xəbər"
qəzeti
"525-ci qəzet"
"Bizim
yol" qəzeti
"Exo"
qəzeti
"Ekspress"
qəzeti
"Ədalət"
qəzeti
"Həftə
içi" qəzeti
"Xalq
cəbhəsi" qəzeti
"Xalq
qəzeti"
"İki
sahil" qəzeti
"Kaspi"
qəzeti
"Kaspiy"
qəzeti
"Mərkəz"
qəzeti
"Mövqe"
qəzeti
"Novoye
vremya" qəzeti
"Olaylar"
qəzeti
"Palitra"
qəzeti
"Paritet"
qəzeti
"Paralel"
qəzeti
"Respublika"
qəzeti
"Səs"
qəzeti
"Şərq"
qəzeti
"Şərq
qapısı" qəzeti
"Üç
nöqtə" qəzeti
"Yeni
Azərbaycan" qəzeti
"Yeni
Müsavat" qəzeti
2.3. Aşağıdakı
8 informasiya agentliyinin hər birinə 10,0 min manat birdəfəlik
maliyyə yardımı
ayrılsın:
ASSA-İRADƏ İnformasiya Agentliyi
"Azadinform"
İnformasiya Agentliyi
Azərbaycan Dövlət
Teleqraf Agentliyi (AzərTAc)
"Azəri-Press"
İnformasiya
Agentliyi (APA)
"Olaylar"
İnformasiya Agentliyi
"Səs"
İnformasiya Agentliyi
"Trend" İnformasiya Agentliyi
"Turan"
İnformasiya Agentliyi
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
2-ci bəndi ilə müəyyən edilən
maliyyə yardımlarının
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə
köçürülməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 23
iyul.- S. 3.