Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2009-cu il büdcəsinin
icrası haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər
proqramının (büdcəsinin) tərtibi və icrası
Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının
Dövlət Neft Fondu tərəfindən Dövlət Neft
Fondunun 2009-cu il büdcəsinin icrası ilə bağlı
hesabat təqdim edilmişdir. Həmin hesabata dair Dövlət
Neft Fondunun Müşahidə Şurasının rəyini və
Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin
nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən
keçirilmiş auditinin nəticələrini nəzərə
alaraq, qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il
büdcəsinin icrası gəlirlər 8 176 692,0 min manat, xərclər
5 294 496,6 min manat və ya Dövlət Neft Fondunun 2009-cu il
büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər
üzrə 97,8%, xərclər üzrə 99,5% səviyyəsində
olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Sıra
N-si |
Göstəricilər |
Min manatla |
Gəlirlər |
8 176
692,0 |
|
1. |
Azərbaycan Respublikasının payına
düşən karbohidrogenlərin satışından əldə
edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər,
bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət (sörveyer),
marketinq və sığorta xərcləri
çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və
ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına
düşən gəlirlər istisna olmaqla) |
7 702
634,6 |
2. |
Neft-qaz layihələrinin həyata keçirilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının
payına düşən dividendlər (BTC layihəsi üzrə) |
156
822,6 |
3. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar
sərmayəçilər tərəfindən müqavilə
sahəsindən istifadə üçün
ödənilən akrhesabı ödənişlər |
1
064,0 |
4. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi
ilə ötürülməsindən əldə edilən gəlirlər |
8
908,6 |
5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkətinə və ya səlahiyyətli
dövlət orqanına sərmayəçilər tərəfindən
ödənilən bonuslar (mükafatlar) |
804,1 |
6. |
Dövlət
Neft Fondunun vəsaitlərinin
idarə olunmasından əldə edilən gəlirlər |
305
889,5 |
7. |
Digər
gəlirlər və daxilolmalar |
568,6 |
Xərclər |
5 294 496,6 |
|
1. |
Qaçqınların
və məcburi köçkünlərin sosial-məişət
və məskunlaşma məsələləri ilə
bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
89 883,0 |
2. |
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transfert |
4
915 000,0 |
3. |
Oğuz-Qəbələ
zonasından Bakı şəhərinə su
kəmərinin çəkilməsi |
119 956,5 |
4. |
Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
129 999,6 |
5. |
Bakı-Tbilisi-Qars
yeni dəmir yolu
layihəsinin maliyyələşdirilməsi |
22 117,2 |
6. |
2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi |
7 912,1 |
7. |
Dövlət
Neft Fondunun idarə
edilməsi ilə bağlı xərclər |
9 628,2 |
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul
2010-cu il.
Azərbaycan.- 2010.- 23
iyul.- S. 3.