Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə

 

Hörmətli cənab Prezident!

Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və arzularımızı yetirirəm.

Azərbaycan-Misir münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda addımlarımız daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  23 iyul.- S.  1.