Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir

 

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə öz işinə başlayan XI Azərbaycan-Almaniya biznes forumu iyulun 22-də Gəncədəki "Ramada" plaza otelində davam etdirilmişdir.

Azərbaycan və Almaniya dövlət rəsmilərinin, alternativ enerji, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, maşınqayırma, sənaye, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq adamının qatıldığı forumda AZPROMO-nun prezidenti Adil Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Zaur Qasımov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Almaniya Federativ Respublikasının Federal İqtisadiyyatTexnologiya Nazirliyinin nümayəndəsi, nümayəndə heyətinin rəhbəri Andreas Nauman və başqaları çıxış edərək mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, eləcə də əlaqələrin inkişafında biznes forumlarının, işgüzar görüşlərin əhəmiyyətindən danışmışlar.

Tədbirdə AZPROMO-nun İxrac Departamentinin direktoru Vüsal Kərimli Gəncə-Qazax iqtisadi rayonunun investisiya imkanları, AZPROMO-nun fəaliyyəti, yerli ixracatlarxarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.

Sonra adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Forum başa çatdıqdan sonra iştirakçılar Goranboyda fəaliyyət göstərən Alman-Azərbaycan birgə müəssisəsi olan "Knauf-Gilan Gipskarton" fabrikində istehsal prosesi ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 iyul.- S.  4.