Azərbaycan Respublikası Dövlət Neft
Fondunun 2010-cu il büdcəsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, habelə Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsində dəyişikliklər edildiyini nəzərə alaraq, Dövlət Neft Fondunun büdcəsində müvafiq dəyişikliklərin aparılmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun illik
gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci bənddə “5 963 126,7” rəqəmləri
“9 032 139,4” rəqəmləri ilə, “5 428 431,2” rəqəmləri
“6 428 431,2” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci bənddə
verilmiş cədvəl aşağıdakı redaksiyada
verilsin:
|
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
1. |
Azərbaycan Respublikasının payına
düşən karbohidrogenlərin satışından əldə
edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi
üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət (sörveyer), marketinq və
sığorta xərcləri çıxılmaq şərti
ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və
ya tərəfdaşı olduğu layihələrdə onun
sərmayəsinə və ya iştirak payına düşən
gəlirlər istisna olmaqla) |
8 615 782,1 |
2. |
Neft-qaz layihələrinin həyata
keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının payına düşən dividendlər
(BTC layihəsi üzrə) |
155 813,8 |
3. |
Neftin və qazın Azərbaycan
Respublikasının ərazisi ilə ötürülməsindən
əldə edilən gəlirlər |
9 640,8 |
4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin
yerləşdirilməsindən və idarə olunmasından əldə
edilən gəlirlər |
250 002,7 |
5. |
Digər gəlirlər və daxilolmalar |
900,0 |
|
Cəmi |
9 032 139,4 |
1.3.
3-cü bənddə verilmiş cədvəlin 2-ci
sırasında “4 915 000,0” rəqəmləri “5 915 000,0” rəqəmləri
ilə əvəz edilsin və xərclərin məbləğinin
cəmi göstərilən sırada “5 428 431,2” rəqəmləri
“6 428 431,2” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Dövlət
Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2010-cu il.
Azərbaycan.-
2010.- 24 iyul.- S. 1.