Azərbaycanın elmi jurnalı dünyanın nüfuzlu jurnalları siyahısına daxil edildi

 

Ölkəmizin elmi həyatında vacib bir hadisə baş vermişdir. Sovet dövrünü də nəzərə almaqla Azərbaycan elminin bütün tarixində ilk dəfə "Tətbiqi və hesablama riyaziyyatı" (ingiliscə) jurnalı məşhur SCİ (elmi isnad indeksi) verilər bazasına daxil edilmişdir. Maraqlıdır ki, jurnalın bu bazaya daxil olması Cənubi Qafqazın bütün elmi jurnalları tarixində ilk hadisədir. Bu münasibətlə ölkəmizin bütün elmi ictimayyətini təbrik edir və jurnalın yaranmasında mühüm rolu olmuş akademiklər Əli Abbasova və Fikrət Əliyevə xüsusi minnətdarlıq bildiririk. Bu hadisə nəinki elmimizə böyük nüfüz gətirir, eyni zamanda, hər sahədə sürətlə inkişaf edən ölkəmizin dünyada yüksək imicini təsdiq edir.

Qazanılan uğur münasibətilə dünyanın tanınmış alimləri Azərbaycan elmi ictimaiyyətini təbrik etmişlər. Onların arasında qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi Lütfi Zadə (ABŞ, Berkli Universiteti), Lenin mükafatı laureatı, ehtimal nəzəriyyəsinin klassiklərindən biri, Rusiya Elmlər Akademiyasının akademiki Y.V.Proxorov, təsadüfi proseslər sahəsində tanınmış alim, professor O.Moşlin (Fern Universiteti, Almaniya), idarəetmə nəzəriyyəsinin görkəmli nümayəndəsi, professor V.B.Larin və başqaları var. "Tətbiqi və hesablama riyaziyyatı" jurnalının SCİ verilər bazasına daxil olması Azərbaycanda dünya elmi ictimaiyyəti tərəfindən tanınan bir elm sahəsinin inkişafını təsdiq edir.

İstənilən elmi jurnalın tanınmış verilər bazasına qəbul edilməsi bu yolda çox ciddi görülməsini tələb edir. Birinci növbədə, jurnalın redaksiya heyətinə beynəlxalq elm aləmində tanınmış alimlər cəlb olunmalıdır. Redaksiya heyətinin əsas hissəsini təşkil edən üzvlərin əksəriyyətinin azərbaycanlı, yəni, üç baş redaktordan ikisinin AMEA-nın akademikləri Ə.Abbasov, F.Əliyev və 13 ölkəni təmsil edən redaksiya üzvləri arasında yeddisinin azərbaycanlı olması qürurvericidir. Əməliyyatlar sahəsində beynəlxalq aləmdə tanınmış alim, İllinoys Universitetinin professoru (ABŞ), Tamer Başarın fəxri redaktor olması jurnala xüsusi hörmət gətirir. Jurnalın SCİ bazasına qəbul edilməsi üçün başqa bir vacib faktor isə burada çap olunan məqalələrin dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsidir. Yüksək qiymətləndirilmə dedikdə, jurnalda çap olunmuş məqalələrə dünyanın başqa riyazi jurnallarında verilən isnadların sayı əsas götürülür. Hər bir isnadın da bir deyil, bir neçə dəfə təkrar olunması bütövlükdə jurnalın dəyərini artırır. Jurnalın SCİ bazasına daxil olması bir tərəfdən Azərbaycanda tətbiqi riyaziyyat sahəsində güclü elmi məktəblərin formalaşmasına, digər tərəfdən ölkəmizdə çap olunan tətbiqi və hesablama riyaziyyatı sahələrinə aid elmi məqalələrin dünyanın aparıcı alimləri üçün cəzbediciliyinə mühüm işarədir. Bütün bunlar Azərbaycanda sözü gedən elm sahələrinin əldə etdiyi nəticələrə artıq yüksək isnad indeksinin əmələ gəlməsi deməkdir.

İsnad indeksi anlayışı ilk dəfə olaraq ABŞ-ın Elmi İnformasiya İnstitutu tərəfindən XX əsrin 50-ci illərində daxil edilmişdir. Öncə çox məşhur olan bir qrup aparıcı elmi jurnallar seçilmişdirorada çap olunan müəlliflərin əsərlərinə başqa tədqiqatçıların göstərdiyi isnadların sayı müəyyən edilmişbu say müəllifin isnad indeksi adlandırılmışdır. Daha sonra jurnalın impakt faktoru anlayışı daxil edilmiş və ildən-ilə bu impakt faktora görə seçilmiş jurnalların sayı artırılmışdır. Bununla yanaşı, impakt faktoru aşağı düşmüş jurnallar SCİ bazasından uzaqlaşdırılmışdır. Bu proses o zamandan davam etməkdədir.

Jurnalın impakt faktoru bu jurnalda çap olunmuş hər məqaləyə iki il ərzində düşən isnadların orta sayıdır. İmpakt faktor bu jurnalda çap olunan müəlliflərin isnad indeksi ilə sıx bağlıdır. Jurnalda çap olunan müəlliflərin isnad indeksi artdıqca jurnalın impakt faktoru da artır. İmpakt faktoru bəlli bir səviyyədən yüksək olduqda jurnal uyğun verilər bazasına daxil edilir. Qürur hissi ilə qeyd etmək olar ki, "Tətbiqi və hesablama riyaziyyatı jurnalı" tələb olunan bütün sədləri aşaraq bu sahə üçün yüksək olan 0.66 impakt faktoru ilə SCİ bazasına daxil edilmişdir.

Bu gün dünyada isnad indeksiimpakt faktoru anlayışlarının üstünlükləri və çatışmazlıqları haqda çox müzakirələr aparılır. Hətta isnad indeksininimpakt faktorun süni surətdə yüksəldilməsi imkanlarının olmasına baxmayaraq, elmi tədqiqatların dəyərləndirilməsində bu anlayışlar hələlik əsas meyar kimi istifadə olunmalıdır, çünki daha mükəmməl meyarlar ortaya qoyulmamışdır. Görkəmli siyasi və dövlət xadimi U.Çörçill demişdir ki, demokratiya müdhiş dərəcədə pis olsa da, bundan yaxşısı hələ kəşf edilməmişdir.

Bütün nöqsanlarına baxmayaraq isnad indeksiimpakt faktor anlayşlarının tətbiqi elmi-tədqiqat işlərinin keyfiyyətinin müəyyən edilməsinə ciddi mənfi təsir göstərmir. Bu səbəbdən isnad indeksiimpakt faktor anlayışları müasir elmdə elmi araşdırmaların keyfiyyətinin əsas göstəricisi və ölçü vahididir. Dünya praktikasında isnad indeksiimpakt faktor anlayışları elmi-tədqiqat işlərinin keyfiyyətini qiymətləndirən informasiya sistemlərinin yaradılmasında geniş istifadə olunur.

Hazırda isnad indeksi inkişaf etmiş ölkələrdə elmi vəzifələrin tutulması, məşhur elmi mükafatların verilməsi, universitetlərin reytinqlərinin müəyyən olunması və s. kimi işlərdə əsas götürülür. Dünyanın ən məşhur, məsələn, Nobel, Abel, Fildss. kimi elmi mükafatlarının verilməsində yüksək isnad indeksi vacib rol oynayır; belə ki, mükafat müsabiqəsində hər bir növbəti səddi aşmaq üçün zəruri şərt isnad indeksinin yüksək olmasıdır.

Universitetlərin reytinqlərinin təyin olunmasında əsas amillərdən biri isnad indeksibu universitetlərin alimlərinin çap olunduğu jurnalların impakt faktorudur. Dünyanın 50 aparıcı ali məktəbinin əksəriyyəti ABŞ universitetləridir, çünki bu iniversitetlərdə çalışan alimlərin isnad indeksi yüksəkdir. Bu, ABŞ hökumətinin bir ildə elmin inkişafına ayırdığı vəsaitin böyüklüyünün (90 mlrd. ABŞ dolları) və bu ölkədə dərc olunan jurnalların impakt faktorunun yüksək olmasının nəticəsidir. ABŞ-da bir elmi tədqiqatçının fəaliyyətinə ildə 280 min dollar, Yaponiyada 200 min, Rusiyada 50 min, Azərbaycanda 10 min dollar vəsait ayrılır. İnkişaf etmiş ölkələrdə dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin ildən-ilə azalması və bu məsələdə özəl sektorun rolunun çoxalması müşahidə olunur. Yaponiyada büdcədən ayrılan vəsaitlər bütün elmi xərclərin 15%-ni, Fransada 40%-ni, Rusiyada 60%-ni təşkil edir. Azərbaycanda, demək olar ki, bu məsələdə özəl sektor iştirak etmir və elmə ayrılan vəsaitin bütün yükü büdcə üzərinə düşür. "Tətbiqi və hesablama riyaziyyatı" jurnalının SCİ bazasına daxil edilməsi ölkə alimlərinin tətbiqi riyaziyyatona yaxın olan sahələrdə yüksək isnad indeksindən xəbər verir və Azərbaycanda beynəlxalq aləmdə artıq qəbul olunan yeni elmi nəticələrin mövcudluğunu təsdiq edir. Özəl sektor bu istiqamətdə ciddi düşünməli və ölkəmizdə əldə edilən elmi nailiyyətlərdən istifadə edib elmin inkişafında yaxından iştirak etməlidir.

Ölkədə elmin öncül sahələrinin müəyyən edilməsi işində də isnad indeksi mühüm göstəricidir. Öncül sahələrin müəyyən olunması isə dövlətin elmin inkişafını maliyyələşdirmə siyasətinin düzgün qurulması üçün vacibdir. Azərbaycanda hər il elmi işçilərin isnad indeksinin nəşr edilməsi məqsədəuyğun olardı. Bu, elmdə sağlam rəqabətə gətirərdi və AMEA üzvlərinin seçilməsi, qrantların paylanması, dövlət və digər mükafatların verilməsi zamanı obyektiv qərar qəbul edilməsinə yardım edərdi.

İsnad indeksinin və jurnalların impakt faktorunun vacib cəhətlərindən biri odur ki, dünyada onları dərc edən (elektron versiyası daxil olmaqla) hazır nəşrlər var, məsələn, "Journal of Citation Reports" yani ("İsnad İndeksi Jurnalı"). Bu jurnal dünyada çalışan, demək olar ki, bütün elmi tədqiqatçıların isnad indeksini nəşr edir. İsnad indeksi və jurnalların impakt faktoru obyektiv göstəricilərdir, çünki onların müəyyən olunması yüksəkdə duran heç bir məmur və qurumdan asılı deyil və yuxarının heç bir göstərişi ilə dəyişdirilə bilməz. Nəhayət, hər iki faktor tədqiqatçının istedadını və aktual elmi sahələrdə vacib məqalələr çap etdirmək qabiliyyətini inikas etdirir və alimlərin aktivliyini müəyyən edir.

Hər bir jurnalın SCİ bazasına daxil olma prosesi mürəkkəbdir və həm redaksiya heyətinin, həm də məqalələrin yüksək keyfiyyətli olmasını tələb edir. İlkin mərhələdə bəzi şərtlərin ödəndiyi təqdirdə (redaksiya heyətinə tanınmış alimlərin daxil olması, jurnalın vaxtlı-vaxtında nəşr olunması, məqalələrin xüsusi standartlara cavab verməsi və s.) jurnal SCİ bazasına namizədlər siyahısına daxil edilir. Bu proses bir neçə il davam edir. İki və bəzi hallarda üç ildən sonra əgər jurnalda çap olunan orta hesabla bir məqaləyə olan isnad (jurnalın impakt faktoru) müəyyən bir səddi aşarsa, jurnal SCİ bazasına daxil edilir.

"Tətbiqi və hesablama riyaziyyatı" jurnalı 2002-ci ildə Parisdə qeydiyyatdan keçmiş, ilk addımdan zəruri sədləri aşaraq 2008-ci ildə SCİ bazasının namizədlər siyahısına daxil edilmişdir. Qeyd etmək lazımdır ki, bu jurnalla bərabər, 2008-ci ildə SCİ bazasına namizədlər siyahısında MDB məkanından "Ukrainskiy Matematiçeskiy Jurnal","Georgian Mathematical Journal" və digər tanınmış jurnallar var idi.

Hər bir jurnalın nüfuzunun yüksəlməsinə təsir edən faktorlardan biri bu jurnalda çap olunan müəlliflərin arasında dünyanın aparıcı alimlərinin olmasıdır. Qeyd etmək lazımdır ki, jurnalın nəşr olunduğu bütün dövr ərzində çap olunmuş 50-dən çox məqalənin müəllifi Azərbaycan alimləridir, onların 70%-ə qədəri AMEA əməkdaşlarıdır. Bu, AMEA-nın yüksək elmi potensialının göstəricisidir.

Jurnalın SCİ bazasına daxil edilməsi Azərbaycanda olan ümumi inkişafın bir hissəsinin inikasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət ölkənin bütün sahələrdə yüksək templə inkişafına gətirmişdir və "Tətbiqi və hesablama riyaziyyatı" jurnalının SCİ bazasına daxil edilməsi bu siyasətin nəticələrindən biridir. Azərbaycan Prezidentinin elm və təhsil sahələrində verdiyi son fərmanlar təsdiq edir ki, əsasını elm və təhsilin təşkil etdiyi ölkənin inkişafının yeni modeli formalaşmışdır.

Ölkənin inkişaf səviyyəsi bu ölkədə elmin səviyyəsi ilə ölçülür. Elmin inkişaf səviyyəsinin yüksək olduğu ölkədə rifah yüksəlir və nüfuzlu elmi mükafatlar laureatlarının sayı artır. Nobel mükafatı laureatlarının ümumi sayının 75%-i, həyat səviyyəsinin yüksək olduğu ABŞ, Almaniya, Yaponiya, Hollandiya kimi ölkələrin payına düşür. Hər ölkədə elmin inkişafının yüksək səviyyəsi bu ölkənin alimlərinə isnad indeksi ilə birbaşa bağlıdır. Dünyanın aparıcı jurnallarında çap olunan məqalələrin sayının ən böyük hissəsi ABŞ-ın payına düşür. Aparıcı jurnallarda çap olunmuş elmi məqalələrin hər tədqiqatçıya düşən orta sayına görə İsveçrə dünyada birinci yer tutur. Təsadüfi deyil ki, bu ölkədə də həyat səviyyəsi olduqça yüksəkdir. Son illərdə dünyanın aparıcı jurnallarında Cənubi-Şərqi Asiya ölkələrinin alimlərinin məqalələrinin sayının durmadan artdığı müşahidə olunur. Eyni zamanda, bu ölkələrdə həyat səviyyəsinin də yüksəlməsi müşahidə olunur. Buna görə də bir ölkədəki həyat səviyyəsi ilə həmin ölkənin alimlərinin isnad indeksi və nəşr olunan jurnalların impakt faktoru arasında sıx asılılıq var. Hər hansı ölkənin elmi jurnallarının tanınmış verilər bazasına daxil edilməsi ya bu ölkənin inkişaf etmiş olduğunaelmi potensialdan effektiv faydalanmaqda davam etdiyinə, ya da ölkənin inkişafda olduğunaartan elmi potensiala malik olmasına dəlalət edir. Azərbaycan jurnalının SCİ bazasına daxil edilməsi ölkəmizdə elmi potensialın effektiv istifadə edilməsini və baş verən müsbət irəliləyiş proseslərinin getdiyini təsdiq edir.

XXI əsr yüksək texnologiyalar əsri kimi başlamışdır. Belə ki, yüksək texnologiyalar bu əsrdə iqtisadiyyatın əsasını təşkil edir. Əgər XXI əsrin ortalarına qədər ölkənin inkişaf səviyyəsinin əsasını təbii sərvətlərin bolluğu təşkil edirdisə, bu gün vəziyyət kökündən dəyişmişdir. Ölkənin inkişaf səviyyəsi yüksək texnologiyaların istehsalı və tətbiqindən asılıdır. Hollandiya, Yaponiya, Sinqapur, Finlandiyas. kimi təbii sərvətlərdən məhrum, lakin yüksək texnologiyalar istehsalında və tətbiqində bacarıq göstərən ölkələr yuxarıda dediklərimizi təsdiq edir. Bu səbəbdən XXI əsrin Davos forumunda bəyan edilmiş əsas tezisin "İqtisadiyyatİnformatika" olması təsadüfi deyil. Azərbaycanda informatikanın inkişafına nəzər salaq. Bu sahədə Azərbaycan MDB məkanında nəinki yüksək templə inkişaf edən, hətta informasiya texnologiyaları istifadəsi işində ən yüksək yer tutan bir ölkədir. Azərbaycan müəlliflərinin "Tətbiqi və hesablama riyaziyyatı" yurnalında çap etdirdiyi 50 məqalənin 35-nin məhz informatika texnologiyalarına aid olması bunun bariz göstəricisidir.

Dünya Bankının qənaətinə görə, ölkə inkişafının ən vacib amillərindən biri insan faktoruintellektual potensialdır. Bu amillər dünyanın ən yüksək inkişaf etmiş ölkələrində ümumi inkişafın 75%-ni müəyyən edir. Bu ölkələrə ABŞ və Kanada aiddir. Yaponiyada bu rəqəm 70%-dir.

2010-cu ildə Prezident B.Obama, ABŞ Milli Elmlər Akademiyasında çıxış edərək söyləmişdir: "Məhz elmi nəticələr, xüsusən, informasiya texnologiyaları dünya böhranından ən az itkilərlə çıxmağa imkan verəcək. Bizim firavanlığımız, təhlükəsizliyimiz, səhhətimiz, ekoloji mühitimiz və həyatımızın keyfiyyəti bu gün heç vaxt olmadığı qədər elmin inkişafından asılıdır".

Qeyd edək ki, dünyada baş vermişbu gün hələ də davam edən iqtisadi böhran zamanı dünyanın aparıcı ölkələrində (ABŞ, Fransad.) fundamental elmə ayrılan vəsaitlər ciddi surətdə artırılmışdır.

Azərbaycan jurnalının SCİ bazasında görünməsi ölkədə intellektual tərkibin yüksəlişinin göstəricisidir. Bunu BMT statistikasına görə son illərdə ölkəmizdə insan faktorunun 10%-lik yüksəlişi də təsdiq edir.

Müasir zamanda intellektual mülkiyyətin qorunması və inkişafı dövlətin mühüm vəzifələrindən biridir. Elmi nəticələrin zamanında çap edilməsi və patentləşdirilməsi ölkənin intellektual potensialının qorunmasına imkan verir. İntellektual mülkiyyətin müdafiəsiz qalması üzündən Rusiya hər il 2 mlrd. ABŞ dolları itirir. Dünyanın elmi inkişafa ayırdığı vəsait 400 mlrd. ABŞ dollarına bərabərdir. Bunun 23%-ni ABŞ, 21%-ni isə ÇXR(Çin) ayırır. Bu ölkələrdə nüfüzlu bazalara daxil olan çoxsaylı jurnalların varlığı tətqiqatçılara elmi nəticələrini vaxtında çap etdirməyə və patentləşdirməyə imkan verir. Bu səbəbdən Azərbaycan jurnalının nüfuzlu bazaya qəbul edilməsi bir tərəfdən ölkəmizin alimlərinin elmi nəticələrinin vaxtında nəşr edilməsinə və ölkənin intellektual mülkiyyətinin qorunmasına, digər tərəfdən dünya elmi ictimaiyyətinə daha sıx inteqrasiya olunmasına imkan verəcək. Çünki bu jurnalda həm Azərbaycan, həm də dünyanın aparıcı alimlərinin məqalələrinin çap edilməsi tanınmış beynəlxalq elm mərkəzləri ilə əlaqələrin yaranmasına kömək göstərəcək.

Azərbaycan Prezidenti İlham Əliyev "Neft faktorunu insan faktoruna çevirək" tezisini irəli sürərək Azərbycanın ümumi inkişafında informasiya texnologiyalarını öncül sahə elan etmişdir. "Tətbiqi və hesablama riyaziyyatı" jurnalında çap olunmuş məqalələrin 70%-nin informasiya texnologiyalarına aid olması və jurnalın nüfuzlu SCİ verilər bazasına qəbul edilməsi, Azərbaycanda informasiya texnologiyalarının inkişafının və istifadəsinin yüksək səviyyəsinin sübutu olaraq ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

 

 

Asəf HACIYEV,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü,

professor

 

Azərbaycan.- 2010.-  24 iyul.- S.  5.