Türkiyənin media təmsilçiləri Mətbuat Şurasında olmuşlar

 

Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında (MŞ) olmuşlar.

Şuranın sədri Əflatun Amaşov qonaqlara Azərbaycanda söz və mətbuat azadlığı barədə məlumat vermişdir. Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər aparan şura sədri hər iki ölkə jurnalistlərinin həmrəyliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Türkiyə Qəzetçilər Federasiyasının prezidenti Atilla Sertel, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, NTV-nin büro müdiri Merih AkSakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai görüşdən məmnun qaldıqlarını, Azərbaycana səfərlərinin onlarda xoş təəssürat yaratdığını vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 iyul.- S.  4.