Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aqrar sahədə
istehsalın artırılması,
kənd təsərrüfatı
texnikasından daha səmərəli istifadə
ilə bağlı görülən tədbirlərin
sürətləndirilməsi məqsədilə qərara
alıram:
1. "Aqrolizinq"
Açıq Səhmdar
Cəmiyyətinə məxsus
kənd təsərrüfatı
texnika və avadanlıqlarının müəyyən
edilmiş tələblərə
uyğun vəziyyətdə
saxlanılmasını təmin
etmək, texniki qulluq və təmir emalatxanalarının,
habelə gübrə
anbarlarının tikintisinin
davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş)
milyon manat vəsait ayrılsın.
2. "Naxçıvan
Aqrolizinq" Açıq
Səhmdar Cəmiyyətinə
məxsus kənd təsərrüfatı texnika
və avadanlıqlarının
müəyyən edilmiş
tələblərə uyğun
vəziyyətdə saxlanılmasını
təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə
gübrə anbarlarının
tikintisinin davam etdirilməsi üçün
2010-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə 2,0 (iki) milyon manat vəsait
ayrılsın.
3. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın birinci
və ikinci bəndlərində nəzərdə
tutulmuş vəsaitlərin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 27
iyul.- S. 1.