Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa

 

Hörmətli cənab Prezident!

Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  27 iyul.- S.  1.