Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilmişdir

 

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilmişdir.

Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanmışdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun "Bayram uvertürası", Fikrət Əmirovun "Fortepiano orkestr üçün konsert"i, Qara Qarayevin "İldırımlı yollarla" baletindən parçalar, Vasif Adıgözəlovun "Fortepiano orkestr üçün konsert"i musiqi əsərləri təqdim olunmuşdur. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olmuşlar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov Azad Əliyev dirijorluq etmişlər.

Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər musiqi tədbirləri keçiriləcəkdir. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa İtaliyadan gələn istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeyləri, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 iyul.- S.  5.