İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edilmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Bakının tarix-memarlıq qoruğu olan İçərişəhərə həsr olunmuş marka seriyası təqdim etmişdir. 12 marka və bir poçt blokundan ibarət seriyada İçərişəhərdəki ən tanınmış tikililər - Bakının rəmzi hesab olunan Qız qalası, Qala divarları, Məhəmməd məscidi, Qasım bəy hamamı, Qoşa qala qapıları, Bazar meydanı və digər tarixi abidələr təsvir olunmuşdur.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, markaların qiymətləri 10 və 60 qəpik, Şirvanşahlar sarayı və İçərişəhərin panoramı əks olunan poçt blokunun qiyməti isə 1 manatdır. Markaların hər biri 10 min tirajla çap olunmuşdur.

 

 

Azərbaycan.- 2010.- 27 iyul.- S.  5.