“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 255 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 609; 2001-ci il, ¹ 10, maddə 640; 2003-cü il, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004-cü il, ¹ 6, maddə 435; 2005-ci il, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 3, maddə 228, ¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008-ci il, ¹ 6, maddə 493; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 5, maddə 324; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il, 24 may tarixli 270 nömrəli Fərmanı) 3-cü bəndinin üçüncü abzasında “və 710.2-ci” sözləri “,710.2-ci və 1078-11.5-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 28 iyul.- S.
1.