Qəbələ şəhərində II Beynəlxalq musiqi festivalı davam edir

 

Son illər çox sürətlə dəyişib müasirləşən Qəbələ beynəlxalq tədbirlər üçün öz qoynunu daha geniş açmaqdadır. Hər gün qonaq-qaralı olan bu qədim dağlar diyarının indi qələbəliyi bir az da artıb. İyulun 25-dən Qəbələ şəhərində II Beynəlxalq musiqi festivalı başlanıb.

Qeyd etmək yerinə düşər ki, ötən ilin yayında keçirilmiş I musiqi festivalı da çox möhtəşəm olmuşdu. Dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən gəlmiş qonaqlar bir daha əmin olmuşdular ki, Azərbaycanda belə dünyamiqyaslı tədbirlərin keçirilməsi üçün təkcə paytaxt Bakıda deyil, ölkənin regionlarında da hər cür şərait yaradılıb. Füsunkar Qəbələ şəhəri, onun yaşıl ormanlı dağları, nura qərq olmuş bəyaz axşamları hər kəsi heyran etmişdi. Həmin festival günlərində tanış olduğum, Qəbələ müsabiqəsində birinci yeri tutaraq "Qran-Pri" mükafatına layiq görülmüş Rusiyanın Yekaterinburq şəhərindən olan İlya Maksimovun Qəbələ haqqında, bu yerlərin istiqanlı insanları haqqında ürək sözlərini, kanadalı musiqişünas Robert Karrasın ifaçıların çıxışı zamanı salonda yaranan güclü musiqi atmosferini, musiqi ovqatını xüsusi qeyd etməyini indi də xatırlayıram. Həmin festivalın sürprizlərindən biri də 16 yaşlı azərbaycanlı pianoçu Toğrul Hüseynlinin ifası olmuşdu. Hər kəs onun həssas pianoçu barmaqlarına, güclü hissiyyatına heyran qalmışdı. Ən başlıcası isə, gələn qonaqlar festivalın səviyyəsindən, təşkilatçılıq işlərindən və sözsüz ki, xalqımızın qonaqpərvərliyindən böyük razılıq hissi ilə öz vətənlərinə dönmüşdülər.

Budur, bir ilə yaxın bir müddət ötəndən sonra dağlar diyarı Qəbələ yenidən musiqisevərləri və qonaqları böyük mehribanlıq və səmimiyyətlə qarşılayır. Ötən bu bir il ərzində Qəbələ şəhərində xeyli yenidənqurma və abadlıq işləri görülüb, müasir infrastruktur yaradılıb, bir sözlə, öz milliliyini qorumaqla daha müasir bir şəhərə çevrilib. Bu qeydləri yazanda gələn qonaqların ilk təəssüratlarını da nəzərə alırıq - hər kəs Azərbaycanda, onun regionlarında olan inkişafdan məmnun olduğunu bildirir.

Ötən il olduğu kimi, bu dəfə də Beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir. Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olundu. Proqramda Oqtay Zülfüqarovun "Bayram uvertürası", Fikrət Əmirovun "Fortepianoorkestr üçün konsert"i, Qara Qarayevin "İldırımlı yollarla" baletindən parçalarVasif Adıgözəlovun "Fortepianoorkestr üçün konsert" əsəri səsləndirildi. Tamaşaçılar xalq artisti Fərhad Bədəlbəylini və Murad Adıgözəlzadəni alqışlarla qarşıladılar.

Festivalın ikinci günü - iyulun 26-da təqdim olunan proqram da çox zəngin oldu. Bu axşam klassik dünya musiqisi bu musiqinin Azərbaycan inciləri səsləndirildi. "Karmen", "Koroğlu", "İspaniya dağlarında gecələr" digər ölməz əsərlər tamaşaçıları ovsunlayaraq, sirli-sehrli bir aləmə aparırdı. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri Fəxrəddin Kərimovun Azad Əliyevin dirijorluğu ilə çıxış edirdi. Solistlərdən Murad Hüseynovun, Fəridə Məmmədovanın, Səidə Tağızadənin, Gülnaz İsmayılovanın, Səbinə Əsədovanın, Cavid Səmədovun pianoçu Yeganə Axundovanın ifaları maraqla qarşılandı.

Qeyd etmək lazımdır ki, konsertdə 800-ə yaxın tamaşaçı iştirak edirdi. Təkcə Qəbələdən deyil, İsmayıllıdan, Şəkidən, Qaxdan, Oğuzdan, Zaqataladan, Gəncədən digər rayonlardan gələn musiqisevərlər bu unudulmaz günlərin iştirakçısına çevrilirlər.

Qarşıdakı günlərdə ABŞ, Rusiya, İngiltərə, Fransa İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətlilərinin, həmçinin festivalın fəxri qonağı qismində Böyük Britaniyanın Kral Flarmonik Orkestrinin ifasında səslənəcək ölməz əsərlər, sözsüz ki, festival aşxamlarını daha füsunkar edəcək.

II Qəbələ Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin verdiyi məlumata görə, birinci festivalda olduğu kimi, bu il gənc musiqiçilər üçün master-klas keçirilməsi nəzərdə tutulub.

Festival işini davam etdirir.

 

 

Telman Nəzərli

 

Azərbaycan.- 2010.- 28 iyul.- S.  5.